Super Liqada çıxış edən “Erzurumspor”da forma geyinən Raşad Muhammedin  sevgilisi Martine Fredriksen ilə bağlı gerçəklər ortaya çıxıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “Erzurumspor”un oyunçusu “Sivasspor”la oyun öncəsi R.Muhammedin sevgilisinin qəzada öldüyü xəbəri hər kəsi kədərləndirmişdi. Hətta buna rəğmən matça da çıxıb, oynamışdı. Ancaq sevgilisinin əslində qəzada ölmədiyi məlum olub. 

R.Muhammed sevgilisi ilə barışmaq üçün belə bir yalan uydurdurub.  Raşadın Norveçə gedib ondan ayrılan sevgilisini barışmağa razı salmaq üçün belə bir yalan danışdığı iddia edilib. 

Yayılan xəbərlərdən sonra həm Norveç, həm də Türkiyədən bir çox mesaj aldığını ifadə edən Martine Fredriksen belə açıqlama verib:

“Rashad ilə 17 Fevral Bazar gününə qədər sevgiliydik. Linn Kristine və mənimlə eyni anda sevgiliymiş. Biz görüüb və həmin günün səhəri bunu Rashada söylədik. İkimiz də ondan ayrıldıq. Sonra o gün bir anda Rashadın Norveçdə sevgilisinin öldüyü ilə bağlı xəbərlər çıxdı. Hər kəs mənə "Öldünmü?" , "Səni tanımaq gözəl idi" deyə mesajlar atmağa başladı. Bütün xəbərləri izlədim. Onların baş məşqçisi Mehmet Özdilek də ona inanıb. Hər kəs öldüyümü zənn edir, amma mən yaşayıram. Raşad, Türkiyədəki insanları aldadır”.