“Real”ın oyunçusu Kərim Benzema açıqlaması ilə diqqət çəkib.
O ötən ilin yayında “Yuventus”a keçən sabiq komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb.
Unikal.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, franslı futbolçu Ronaldonun gedişindən sonra komandanın lideri özünün olduğunu söyləyib:
“Əvvəllər Ronaldoya görə oynayırdım. Meydanda davamlı olaraq onu axtarır, qol vurması üçün əlimdən gələni edirdim. Həmin vaxtlar ikinci plana düşmüşdüm. İndi isə qol vurmaq, liderlik etmək sırası məndədir. Mənim istədiyim də budur”.