UEFA, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Ayaks” – “Real” matçında (1:2) Madrid təmsilçisinin kapitanı Serxio Ramosun sarı vərəqə almasıyla bağlı intizam işi açıb.
Unikal.org-un urumun saytına istinadən xəbər verir ki, UEFA, cavab matçında cəzalı vəziyyətə düşən Ramosu bilərəkdən sarı vərəqə aldığı üçün təqsirləndirib.
Ramos, “Ayaks”la matçdan sonra verdiyi açıqlamada bunları demişdi:
“Sarı vərəqə alsam, cəzalı vəziyyətə düşə biləcəyimi bilirdim, ancaq “Ayaks”ın hücumunun qarşısını almaq üçün sarı vərəqə almağı gözə aldım”.
UEFA Ramosla bağlı qərarı fevralın 28-də verəcək.
“Real”la “Ayaks” arasındakı cavab matçı martın 5-də keçiriləcək.