Sabiq türkiyəli futbolçu Emre Aşık həyat yoldaşı Yağmur Aşıkdan boşanmaq üçün məhkəməyə baş vurub.

Unikal.org-un məlumatına görə, bir müddətdir medianın gündəmində olan ikili indi də yayılan təhdid mesajları ilə diqqət çəkib.

Belə ki, Yağmur Emreyə "Sonun Vatan Şaşmaz kimi olacaq, sabah səni öldürəcəm. Sonra gəlib uşaqları oğurlayacam" sözlərini yazıb. 

Aşık aldığı mesajdan sonra yenidən polisə şikayət edib. Yağmura bir ay uzaqlaşdırılma, 3 gün isə cəzası verilib . 

Qeyd edək ki, mərhum aparıcı Vatan Şaşmaz 2017-ci ildə keçmiş sevgilisi Filiz Aker tərəfindən otel otağında güllələnərək qətlə yetirilib.