Bu gün Topaz Premyer Liqasında 19-cu tura yekun vurulub.
Unikal.org xəbər verir ki, günün son oyununda "Qarabağ" səfərdə "Keşlə" ilə qarşılaşıb. 

Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. "ASK Arena"da keçirilən oyunda yeganə qolu 16-çı dəqiqədə Araz Abdullayev vurub.