AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unika.org xəbər verir ki, bu gün keçirilən iclasda  1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

1-ci divizionun 17-ci turunun “Qarabağ-2” – “Sumqayıt-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.      

1-ci divizionun 17-ci turunun “Ağsu” – “Səbail-2” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 36-cı dəqiqəsində “Ağsu” klubunun futbolçusu Fərrux Rəhimov  hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

Oyunun 38-ci dəqiqəsində “Ağsu” klubunun futbolçusu Sahib Cümşüdov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

“Səbail-2” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunur.

“Ağsu” klubu matçın təhlükəsizliyini tam təmin etmədiyinə görə 400 manat cərimə olunur.

1-ci divizionun 17-ci turunun “Qaradağ Lökbatan” – “Kəpəz” matçında “Qaradağ Lökbatan” klubunun səhlənkarlığı ucbatından ikinci hissə  3 dəqiqə gec başladığına görə klub 240 manat cərimə olunur.

1-ci divizionun 17-ci turunun MOİK – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

1-ci divizionun 17-ci turunun “Keşlə-2” – “Sabah-2” matçının 85-ci dəqiqəsində “Sabah-2” klubunun futbolçusu Tahir Zeynalov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.        

Oyunun 90+6-cı dəqiqəsində “Keşlə-2” klubunun futbolçusu Vüqar Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

1-ci divizionun 17-ci turunun “Zaqatala” – “Turan Tovuz” matçında “Turan Tovuz” və “Zaqatala” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

1-ci divizionun 15-ci turunun təxirə salınmış oyunu olan “Qarabağ-2” – “Zirə-2” matçının 78-ci dəqiqəsində “Qarabağ-2” klubunun futbolçusu Hüseyn Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.