“Yuventus”un futbolçuların “Atletiko Madrid”ə 2:0 məğlub olduqları matçdan sonra Turində 60 nəfər italyalı qadının qatıldığı bir əyləncə gecəsi təşkil ediblər.
Unikal.org xəbər verir ki, bu barədə “Corona” dərgisi məlumat yayıb. Şənlikdə Bernardeski və Pyaniçdən başqa bütün komandanın oyunçuları İtalyanın ən məşhur 60 mankeni ilə birlikdə əyləniblər. Həmin partidə Kristiano Ronaldo da olub. Bunu da dərgidə çıxan məlumatda təsdiqləyiblər.