PSJ-nin məşhur futbolçusu Neymar zədəsi səbəbindən uzun müddətdir yaşıl meydanlardan uzaq qalıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu popstar Annita ilə birlikdə Rio Karnavalında görüntülənib. 
Karnavalda braziliyalı oyunçuya qadınlar isti münasibət göstərməsi də diqqətlərdən yayınmayıb.

Müalicə aldığı iddia olunan futbolçu gecədən sabaha qədər əylənib. Neymarın, karnaval ərzində müğənni Anita ilə qucaqlaşması və səmimi görüntüləri onlar arasında sevgi münasibətinin olması iddialarını ortaya atıb.