Azərbaycanlı referi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Unikal.org Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı FİFA referisi PAOK – “Atromitos” matçını idarə edəcək. Ona həmyerliləri Akif Əmirəli və Rza Məmmədov kömək edəcək.

PAOK – “Atromitos” matçı martın 10-da, saat 19:15-də start götürəcək.