UEFA Avropa Liqasında həftənin rəmzi komandasına düşən futbolçuların adlarını açıqlayıb.

Unikal.org xəbər verir ki, "11-lik" 1/8 final mərhələsinin ilk oyunları əsasında müəyyənləşib.

Həftənin komandası: Kevin Trapp ("Ayntraxt", Almaniya), Davide Zappakosta, David Luis, Pedro Rodriges (hər üçü "Çelsi", İngiltərə), Kalidu Kulibali, Mario Ruy, Fabian Ruis (hər üçü "Napoli", İtaliya), Manuel Morlanes, Xerar Moreno (hər ikisi "Vilyarreal", İspaniya), Hatem Ben-Arfa ("Renn", Fransa), Rodriqo Moreno ("Valensiya", İspaniya)

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşləri martın 14-də keçiriləcək.