Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında bu gün V turun oyununa çıxacaq.

Unikal.org-un məlumatına görə, rəqib ABŞ kollektivi olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Beş turdan sonra altı xalı olan ABŞ komandası 2-4-cü yerləri bölüşdürür. Azərbaycan isə bir xalla 9-cu pillədə qərarlaşıb.

Bu gün Misir - İsveç, Çin - İran, İngiltərə - Hindistan və Qazaxıstan - Rusiya qarşılaşmaları da keçiriləcək.

Dünya çempionatı, V tur

13:00. Qazaxıstan - Azərbaycan