UEFA-nın İntizam Komitəsi Avropa Liqasının cari mövsümündə qrup mərhələsinin 6-cı turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçında (1:0) baş verən insidentlə bağlı qərar verib.
Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki, Londonda keçirilən oyunun sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin “bayrağ”ı ilə daxil olan erməni azarkeşin hərəkəti ilə bağlı qərar verilib. Qitənin ali futbol qurumu “bayraq” hadisəsi və görüşün startının gecikməsi səbəbindən “topçular”ı 15 min avro cərimələyib.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində mübarizəni dayandırmışdı.