Futbolun canlı əfasanələrindən olan Dieqo Maradonanın vəkili Matias Morla onun daha üç uşaq atası olduğunu açıqlayıb.
Unikal.org xarici mətbuta istinadən xəbər verir ki, 59 yaşlı sabiq futbolçu atalığı müəyyən etmək üçün DNT atalıq testindən keçməli olacaq. Bunun üçün o Kubanın paytaxtı Havanaya gedəcək. Onun bundan sonra iki qadından daha üç uşağın atası olduğu rəsmiləşəcək.
Əgər testin nəticəsi müsbət çıxarsa həmin şəxslər Maradonanın soyadını daşıyacaq.
Qeyd edək ki, hazırda Meksikanın "Dorados" komandasının baş məşqçisi olan Maradonanın daha öncə ilk həyat yoldaşından iki qızı, hazırkı həyat yoldaşından isə bir oğlu var. O, həmçinin məhkəmələrdən sonra daha iki uşağın (oğlan və qız) atası olduğunu etiraf edib.