“Real”ın prezidenti Florentino Perez, növbəti mövsümün hazırlıqlarına başlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu” PSJ-nin futbolçusu Neymar üçün hərəkətə keçməyə hazırlaşır. Klub rəsmilərinin braziliyalı futbolçu ilə əlaqə saxladığı və ona illik 45 milyon avro məvacib təklif etdiyi bildirilir.
“Real”ın bu transfer üçün Paris təmsilçisinə 350 milyon avro təklif etməyə hazırlaşdığı deyilir.
Qeyd edək ki, "Real" Çempionlar Liqasında və İspaniya kral kubokunda mübarizəni dayandıran, La Liqada isə “Barselona”dan geridə qalır.