Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Zirə"ni qəbul edib.

Görüş qolsuz yekunlaşıb. Oyun ərzində Ağdam komandası hücumda olsa da, real qol imkanları yaratmaqda çətinlik çəkib. Qəsəbə təmsilçisi əks-hücumlara bel bağlasa da, fərqlənə bilməyib.

Bu, iki komanda arasında 15-ci oyun olub. "Qarabağ"ı bu dəfə də yenə bilməyən "Zirə" 4-cü heç-heçə ilə kifayətlənib. Samir Abasovun baş məşqçi olduğu kollektiv həm də ağdamlılara ardıcıl 5 oyundan sonra uduzmayıb. Digər tərəfdən, "Zirə" çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 5-ə, "Qarabağ" isə 11-ə çatdırıb.

Heç-heçəyə rəğmən, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv xallarını 42-yə çatdıraraq, ən azı bir günlük liderliyə yüksəlib. "Zirə" isə 19 xalla 7-ci pillədə qalıb.