Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Unikal.org xəbər verir ki, həftənin son oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib. "Kapital Bank Arena"da keçirilən matç qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Bu qələbədən sonra xalını 44-ə çatdıran "Neftçi" yenidən liderliyə yüksəlib. "Sumqayıt" isə 16 xalla sonuncu yerdədir.

Qeyd edək ki, turun digər görüşlərində "Qəbələ" "Səbail"i 2:1, "Keşlə" isə "Sabah"ı 3:0 hesabı ilə məğlub edib. "Qarabağ" - "Zirə" qarşılaşmasında qolsuz bərabərlik qeydə alınıb.