İngiltərə Premyer Liqasında 30-cu tura yekun vurulub.

Unikal.org xəbər verir ki, mərkəzi qarşılaşmada "Arsenal"la əzəli rəqibi "Mançester Yunayted" üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən görüş "Arsenal"In 2:0 hesablı qələbəsilə başa çatıb. 

Bu qələbədən sonra 60 xalı olan "Arsenal" turnir cədvəlində dördüncü yerə yüksəlib, "Mançester Yunayted" isə 58 xalla beşinci olub.