Yağmur Aşık boşanma ərəfəsində olduğu əri, keçmiş futbolçu Emre Aşıkın “həyat yoldaşım fahişəlikdə ittiham olunur” deməsinə cavab verib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün əyləncə məkanlarının birində bir kişi ilə əylənərkən görüntülənən Y.Aşık həyat yoldaşı E.Aşıkının dediklərini yalanlayıb. Bununla bağlı Y.Aşıkın vəkili onun adından açıqlama verib:
“İddialar gərçək deyil. Müvəkkilim 1, 3 və 6 yaşındakı 3 övladının yanındadır. Heç bir cinayətdə ittiham olunmur. Keçmişi tərtəmizdir. İddia edilən bu böhtanlar, ləkələr əslində uşaqlarının həyatına atılıb. 6 yaşındakı uşağın bu xəbərini iki il sonra məktəbdəki yoldaşlarından eşidəcək".
Qeyd edək ki, Emre Aşık bir müddət əvvəl həyat yoldaşı ilə bağlı bu sözləri demişdi:
"Həyat yoldaşım fahişəliyə görə ittiham olunub. 2011-ci ildəki Barbie fahişəlik əməliyyatında şübhəli bilinib. Buna görə öz adını - Duyğunu dəyişdirərək Yağmur edib".