Üçqat dünya çempionu bilinməyən bir səbəbdən intihar edib.
Unikal.org xarici mətbuata istinadən xəbər veirr ki, ABŞ-ın velosiped idmanı üzrə 23 yaşlı üçqat dünya çempionu Kelli Ketlinin intihar etmə səbəbi araşdırılır.
İntihar edən idmançın atası Mark Ketlin açıqlamasında bildirib ki, qızının cəsədi bir gün əvvəl onun Kaliforniyadakı evində aşkarlanıb. M.Ketlin qızının özünü öldürməsi səbəbi və hadisənin başvermə şəraiti barədə heç nə deməyib.
Ketlinin ölümü haqqında ABŞ-ın Velosiped İdmanı Federasiyasının sədri Bob Demartini yaydığı bəyanatda bildirib ki, Kelli daim ölkənin velosiped idmanı ailəsinin üzvü olaraq qalacaq.
Məlumatda bildirilir ki, Kelli Ketlin 2016, 2017 və 2018-ci illərin komanda yarışlarında dünya çempionatının qızıl medallarını qazanıb.