Santyaqo Solarini istefaya göndərməyə hazırlaşan "Real" keçmiş baş məşqçisi Zinəddin Zidanla anlaşıb.
Unikal.org xəbər verir ki, bu barədə İspaniyanın "La Sexta" telekanalı məlumat yayıb. İddia edilir ki, klubun prezidenti Florentino Peres danışıqlardan sonra fransalı mütəxəssisi geri qayıtmağa razı sala bilib.
Solarinin istefası və Zidanın təyinatı ilə bağlı rəsmi məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 2016-2018-ci illərdə "Real"ı çalışdran Zidan "kral klubu"na ardıcıl üç dəfə Çempionlar Liqasını, bir dəfə La Liqanın qazandırıb.