Bu gün Türkiyə Superliqasında 25-ci tura yekun vurulub.

Unikal.org  xəbər verir ki, "Qalatasaray" klubu öz meydanında "Antalyaspor"u qəbul edib. Oyunda aşkar üstünlüyə sahib olan Fatih Terimin komandası rəqibini 5:0 hesabı ilə darmadağın edib. 

Qeyd edək ki, hazırda 49 xalı olan "Qalatasaray" turnir cəvdəlində ikincidir. "Başakşəhər" isə 57 xalla liderliyini davam etdirir.