İrlandiyalı MMA (qarışıq əlbəyaxa döyüş növləri) ustası Konor Makqreqor ABŞ-ın Mayami-Biçdə polislər ştatında həbs olunub.
Bu barədə “MMA Fighting” portalı məlumat yayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, K.Makqreqorun saxlanılmasına səbəb onun azarkeşin mobil telefonunu qırması olub.
Məlumatda bildirilir ki, döyüşçünün azarkeşi otelin qarşısında onun şəkilini çəkib. Daha sonra K.Makqreqor azarkeşin telefonunu alaraq qırıb və özü ilə götürüb. Zərərçəkən şəxs İngiltərədən olan Əhməd Əbdirzakdır.
Döyüşçü soyğunçuluq və dələduzluqda da ittiham edilib. O, ikinci dərəcəli silahlı qarət və üçüncü dərəcəli xuliqanlıqda təqsirli bilinir.
Xatırladaq ki, Makqreqor 2018-ci ildə (aprel ayında) UFC döyüşçüləri ilə dolu avtobusa hücum çəkdiyinə görə, məhkum olunmuş və ictimai işlərə cəlb olunmuşdu. Martın 9-da isə həmin ictimai işləri başa çatdırmışdı. O, beş gün ərzində Nyu-Yorkun iki kilsəsində icbari əməklə məşğul olub.
Onun qəzəbin idarə olunması üzrə psixoloji hazırlıqdan keçdiyi bildirilir.