“Real”ın prezidenti Florentino Perezin Zinəddin Zidanı komandanın baş məşqçi postuna gətirməyə necə razı saldığı məlum olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Perez Zidana mövsümün sonunda 350 milyonluq transfer büdcəsi ayıracağına söz verib. Zidanın yenidən “kral klubu”na qayıtmasında bunun mühüm rolu olduğu bildirilir.
Fransız çalışdırıcının transferdə ilk hədəfi də məlum olub. Zidan ilk növbədə “Çelsi”dən Nqolo Kanteni komandanın heyətinə cəlb etmək niyyətindədir.
“Real” Zidanla müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
46 yaşlı mütəxəssis 2016-2018-ci illərdə də “Real”a rəhbərlik edib. O, “kral klubu”nda ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olub.