Bir müddət əvvəl karyerasını bitirən smackdown güləşçisi (amerika güləşçisi) Mark Henri maraqlı addım atıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sabiq güləşçi, öldükdən sonra beynini elmi araşdırmalar üçün alimlərə hədiyyə edəcəyini açıqlayıb. Henri, beynin zədəli xəstəliklərinin müalicəsi yollarının araşdırılması üçün bu addımı atdığını deyib.
Henri, beynini, beyin fonduna verdiyini və araşdırmalardan sonra lazımlı nəticə çıxacağına inandığını bildirib.
Bildirilir ki, xroniki zədəli beyin xəstəliyinə, kəllə zədəsinə məruz qalan amerikan futbolu, xokkey, peşəkar güləş, boks kimi idman növləriylə məşğul olan insanlarda daha çox rast gəlinir.
Qeyd edək ki, Mark Henri 1996-2018-ci illərdə amerikan güləşiylə məşğul olub. O, 2018-ci ilin yanvarında idmançı karyerasını bitirdiyini açıqlayıb. Bir müddət “dünyanın ən güclü” adamı statusunu qazanan Henri, bir neçə dəfə Avropa və dünya çempionu olub.