“Qalatasaray”ın keçmiş futbolçusu Uesley Sneyder ilə Yolante Kabaunun ayrılması ilə bağlı bəzi məlumatlar yayılıb.
Unikal.org xəbər verir ki, Hollandiya mətbuatı 8 ildir ailəli olan məşhur cütlüyün boşanma qərarı ilə bağlı bir neçə iddia ortaya atıb. Bu iddialardan ən əsası isə Sneyderin həyat yoldaşına gənc bir xanımla xəyanət etməsidir. Bu xəyanəti də Yolante bağışlamayıb.
Digər bir səbəb isə Yolentenin Sneyderin övladları ilə olan münasibətidir.
Cütlük isə ayrılmaq xəbərləri ilə bağlı açıqlama verməkdən boyun qaçırır.
Bu xəbərdən öncə isə Sneydenr son paylaşımı ilə hələ ayrılmadıqlarını, ailənin özəl işi olduğu üçün bəzi məsələləri gizli saxladıqlarını bildirib.