Azərbaycan milli komandasının Xorvatiyaya qarşı 2020-ci il Avropa çempionatının seçmə qrup oyunu və Litva ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. 

Unikal.org-un məlumatına görə, yeni baş məşqçi Nikola Yurçeviç qarşıdakı görüşlərə 23 futbolçuya şans verib. Dəvət olunan futbolçulardann 5-i legionerdir. Xaricdə çıxış edən oyunçulardan uzun müddət sonra Eddi İsrafilov da yığmaya çağırılıb. 

Yeni futbolçular isə Ömər Buludov, Əli Babayev və Aleksey İsayevdir.  Xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, həmçinin yoldaşlıq görüşündə Litvaya qarşı görüşdə 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi, 4 hücumçunun xidmətindən yararlanacaq.

Komandamız martın 16-dan etibarən təlim-məşq toplanışına başlayacaq.

Qeyd edək ki, Xorvatiya ilə matç martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Martın 25-də "Bakcell Arena"da keçiriləcək yoldaşlıq görüşü isə saat 18:00-da start götürəcək.  

ADI

SOYADI

KLUBU

Səlahət

Ağayev

Neftçi

Emil

Balayev

Tobol (Qazaxıstan)

Şahruddin

Məhəmmədəliyev

Qarabağ

Maksim

Medvedev

Qarabağ

Ömər

Buludov

Neftçi

Bədavi

Hüseynov

Qarabağ

Rahil

Məmmədov

Qarabağ

Anton

Krivotsyuk

Neftçi

Təmkin

Xəlilzadə

Sabah

Şəhriyar

Rəhimov

Səbail

Qara

Qarayev

Qarabağ

Riçard

Almeyda

Qarabağ

Eddi

İsrafilov

Alcorcon (İspaniya)

Emin

Mahmudov

Neftçi

Əli

Babayev

Sumqayıt

Aleksey

İsayev

Sumqayıt

Dmitri

Nazarov

Erzgebirge Aue (Almaniya)

Mahir

Mədətov

Qarabağ

Namiq

Ələsgərov

Neftçi

Araz

Abdullayev

Qarabağ

Ramil

Şeydayev

Krılya Sovetov (Rusiya)

Rüfət

Dadaşov

Proysen Münster (Almaniya)

Mirabdulla

Abbasov

Neftçi PFK