UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı adına “Liverpul”dan Sadio Mane, “Barselona”dan Lionel Messi, “Yuventus”dan Kriştiano Ronaldo və “Mançester Siti”dən Leroy Sane namizəd görülüb.
Qalib qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.