Devid Bekhem ABŞ-da heykəlinin açılışı təşkil olunan mərasimə qatılıb. Ancaq o özünə bənzəməyən heykəlini gördüyü zaman şoka düşüb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  keçmiş futbolçu Devid Bekhem, komediya ustası Ceyms Kordenin kamera zarafatının “qurbanı” olub. "Dignity Health Sports Park"a Bekhemin heykəlinin qoyulacağını öyrənən Korden fürsətdən istifadə edib və keçmiş futbolçunu "hədəf" alıb.  Heykəli saxtalaşdıran komediya ustası məşhurun çənəsini və ayaqlarını genişləndirərək saxta açılış mərasimi təşkil edib. 

Heykəlin üstü açıldığı zaman Bekhem bir müddət təəccübdən danışa bilməyib. Daha sonra futbolçu heykəllə bağlı bunıarı deyib:

"Bu heykəllə bağlı tək gözəl şey saçıdır. Uşaqlarım bunu görsə, ağlayar". 

Heykəli bəyənmədiyi hər halından bəlli olan Bekhem bunun kamera zarafatı olduğunu sonradan öyrənib və rahat olub.