2016 Rio Yay Olimpiya Oyunları zamanı kanoeçi Pedro Gonzalves ilə cinsi əlaqədə olmaq üçün otaq yoldaşını qovduğu deyilən brazilyalı üzgüçü İnqrid Oliveira haqqındakı iddialara cavab verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı 22 yaşlı brazilyalı üzgüçü belə deyib:
“Pedro gecəni mənimlə birlikdə olmayıb. Heç kimi otaqdan qovmamışam” deyə cavab verib. Otaq yoldaşım Giovonnanı qovmadım. Amma ona Pedronu otağıma dəvət edəcəyimi söyləmişdim.
İnsanlar bilmirlər, lakin Olimpiadalarda tək gecəlik cinsi əlaqə normaldır. Bunun üçün şərait var”.
Qeyd edək ki, hadisənin yarışdan öncəki gecə idmançıların qaldığı şəhərcikdə - Olimpiya Kəndi Kompleksində baş verdiyi iddia edilir.