"Sumqayıt"ın futbolçusu Əfran İsmayılov Türkiyənin paytaxtı Ankarada əməliyyat olunub.
Unikal.org-un klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Acıbadem" klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.
İlkin məlumata əsasən, 31 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Ə.İsmaylov Premyer Liqanın XXI turunda "Sabah"la səfərdə baş tutan matçda sağ ayağında problem yarandığı üçün əvəzlənib.