Yaponiyada keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı başa çatıb.
Unikal.org-un məlumatına görə, yarışın son günündə daha bir Azərbaycan idmançısı buz üzərinə çıxıb.
Kişilərin yarışında qüvvəsini sınayan Vladimir Litvintsev sərbəst proqramda qüvvəsini sınayıb. Qısa proqramda 16-cı olan təmsilçimiz həlledici çıxışında 19-cu nəticə göstərib.
İki proqramın cəmində 230,84 xal toplayan fiqurlu konkisürənimiz dünya çempionatının yekununda 17-ci olub.
Qeyd edək ki, dünya çempionu adına ABŞ idmançısı Natan Çen yiyələnib – 323,42. Yaponiyalı Yuzuru Hanyu 300,97 xalla ikinci, ABŞ təmsilçisi Vinsenr Ju 281,16 xalla üçüncü olub.