Hazırda ABŞ-ın “Di-Si Yunayted” klubunda forma geyinən Ueyn Runi, İngiltərə Premyer Liqasındakı çempionluq yarışı haqda danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bir zamanlar “Mançester Yunayted”in formasını geyinən Runi, “Mançester Siti”nin çempion olmasını istədiyini deyib:
“Ümid edirəm ki, “Mançester Siti” çempionluq yarışında “Liverpul”dan üstün olar. “Liverpul” çempion olarsa, necə məyus olacağımı xəyal edə bilmirəm. Bu, hər “Everton” azarkeşi üçün kabusdur. “Liverpul” 2005-ci ildə Çempionlar Liqasını qazandı və hələ də onu danışırlar. İndi də çempion olsalar, 10-15 il danışarlar”.
Karyerasına “Everton”da başlayan Ueyn Runi, 2004-2017-ci illər aralığında “Mançester Yunayted”in formasını geyinib. İngiltərə millisinin sabiq hücumçusu 2017/18 mövsümündə “Everton”da çıxış edib.
Runi 2018-ci ilin yayında MLS təmsilçisi “Di-Si Yunayted” klubuna keçib.