İngiltərənin “Birmingem Siti” klubu sərt cəzaya məruz qalıb.
Unikal.org xəbər verir ki, Çempionşip təmsilçisinin hesabından 9 xal silinib. Bu barədə İngiltərə Futbol Federasiyası məlumat yayıb.
Buna klubun 2015-2018-ci illər aralığında 39 milyon funt-sterlinqdən daha çox zərərlə fəaliyyət göstərməsi səbəb olub. Maliyyə şərtlərini düzgün yerinə yetirməməsi Birmingem təmsilçisinə baha başa gəlib.
Məlumatda o da bildirilir ki, klub bu dönəmdə bütövlükdə 48,8 milyon funt-sterlinqlik zərərlə üzləşib.
“Birmingem Siti” cəzanın ardından 24 komandanın iştirak etdiyi Çempionşipdə 13-cü pillədən 18-ci pilləyə yuvarlanıb.