Birləşmiş Ştatlar Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımaqla növbəti dəfə beynəlxalq hüquq normalarını geri çevirir.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu şəxsi “Twitter” səhifəsində yazıb.

“ABŞ növbəti dəfə beynəlxalq hüquq normalarını pozub. Hərçənd ki, onların bu qərarı İsrail təcavüzünə haqq qazandırmır. Bu, əksinə, Yaxın Şərqdə sülhün qorunmasına əngəl törədir və bölgədə gərginlik yaradır”, - türkiyəli nazir belə deyib.