Fransada futbol üzrə Avropa çempionatında final mərhələsinin oyunlarına start verilib
Unikal.org-un məlumatına görə, turnirin açılış oyununda meydan sahibi Fransa millisi Rumıniya ilə üz-üzə gəlib.
"Stad de France" stadionunda keçirilən oyunu Viktor Kaşşainin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edib. 
Qeyd edək ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"nın final mərhələsində 24 komanda iştirak edəcək. Altı qrupun qalibləri və ikinciləri ilə yanaşı, ən yaxşı 4 qrup üçüncüləri də 1/8 finalda oynamaq hüququ qazanacaq.
10 iyun
Avropa çempionatının final mərhələsi
A qrupu
23:00. Fransa - Rumıniya - 2:1
Qol: Olivye Jiru, 57 (1:0), Stanku, 65-pen. (1:1), Dimitri Payet, 89 (2:1)
Hakimlər: Viktor Kaşşai, Dyord Rinq, Ventsel Tot, Byorn Kuypers (hamısı Macarıstan)
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Sen-Deni. "Stad de France"