Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransada keçirilən futbol üzrə Avropa çempionatında iştirak edən Rusiya və İngiltərəyə xəbərdarlıq edib.
 
Unikal.org-un məlumatına görə, UEFA-nın saytında yerləşdirilən xəbərdarlıqda qeyd edilib ki, əgər Rusiya və İngiltərə yığma komandalarının azarkeşləri yenə kütləvi iğtişaşlarda iştirak etsə, bu komandalar Avropa çempionatından kənarlaşdırıla bilər.
UEFA artıq mümkün sanksiyalar barədə Rusiya Futbol Federasiyasını və İngiltərə Futbol Assosiasiyasını məlumatlandırıb.  
Qeyd edək ki, Avropa çempionatında B qrupunda keçirilən ilk turda Rusiya və İngiltərə yığmaları arasında oyun 1:1 hesabı ilə başa çatıb. Oyun başa çatandan sonra 30 rusiyalı azarkeş ingilis azarkeşlərə hücum çəkib, onların əllərindəki bayraqları cırmağa çalışıblar. Şəhərdə də azarkeşlər arasında toqquşma qeydə alınıb. Olaylar zamanı 31 nəfər xəsarət alıb. Bununla bağlı UEFA Rusiyaya münasibətdə iş açıb.