Tanınmış aparıcı və aktyor Eser Yenenler 2 ildir sevgili olduğu Berfu Yıldızla iyunda evlənməyə hazırlaşır. Məşhur cütlük ötən gün nikah masasına oturacaqları tarixi açıqlayıblar.  İddiaya görə, onların bu qərarı tezləşdirmə səbəbi Berfu Yıldızın hamilə olmasıdır. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maslakda yerləşən xəstəxanaların birinə gedərək müayinədən keçən B.Yıldız 3 həftəlik hamilə olduğunu öyrənib. Bildirilir ki, o bu xəbərə çox sevinib.  Eser Yenenler ata olacağı ilə bağlı belə açıqlama verib: 

“Həyatımın ən gözəl anını yaşayıram. Bu xoşbəxtliyi tərif etmək mümkün deyib. Nəzərdən qorxuruq, ona görə də bu barədə çox danışmaq istəmirəm. Evlənəcəyimiz tarixdə heç bir dəyişiklik yoxdur. İkimizin də xəyalında açıq havada toy etməkdir. O səbəbdən iyunda gözəl, açıq havada toyumuzu etməyi planlaşdırırıq”.