Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Səbail”i 4:1 hesabı ilə məğlub edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.
Unikal.org xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb və futbolçuların şox ilə vidalaşacaqlarını açıqlayıb:
"Motivasiyasız, emosiyasız oyun idi. Bəlkə də futbolçularımız təzyiq altında olmadığı üçün belə oynadı. Məncə, bu cür oyunlarımız çox oldu. Sadəcə, futbolçularda özünəinam yox idi. Bəlkə də “Səbail” 3-cü pilləni təmin etdiyindən bir qədər rahat idi.
Gedənlərin faizini deyim. Komandamızda olan futbolçuların 95 faizi yola salınacaq".