Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları davam edir. İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev yarışı qələbə ilə başlayıb.
Unikal.org xəbər verir ki, turnirdə +100 kq çəki dərəcəsində çıxış edən paracüdoçumuz yaponiyalı Kento Masakiyə ipponla qalib gələrək yarımfinala yüksəlib.
İ.Zəkiyev yarışa dörddəbir finaldan start verib.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatamiyə çıxacaq.
Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medal qzanıb.
Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.