AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Səbail” – “Keşlə” matçında  “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. 

Oyunun 51-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. 

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Sumqayıt” – “Qəbələ” matçında  “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Neftçi” – “Qarabağ” matçında  “Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

1-ci divizionun 26-cı turunun “Səbail-2” – “Zirə-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 28-ci dəqiqəsində “Zirə-2” klubunun futbolçusu Hüseyn Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

1-ci divizionun 26-cı turunun “Qarabağ-2” – “Kəpəz” matçı “Kəpəz” komandasına görə 10 dəqiqə gec başlayıb. Buna görə “Kəpəz” klubu 240 manat cərimə olunur.

1-ci divizionun 26-cı turunun “Keşlə-2” – “Zaqatala” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. 

Oyunun 69-cu dəqiqəsində “Keşlə-2” klubunun futbolçusu Əkbər Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

1-ci divizionun 26-cı turunun “Ağsu” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

1-ci divizionun 26-cı turunun “Sumqayıt-2” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.