Konyada 14 yaşlı S.C.Y babasının ölmünə səbəb olub.
Unikal.org Türkiyə mətbutaına istinadən xəbər verir ki, evin divarında aslı olan ov tüfəngini götürüb və oynamağa başlayıb. Bu zaman yeniyetmə bilmədən tətiyə toxunub, silahdan açılan güllə isə evin bağında əyləşən 68 yaşlı Abdullah Y.nin başına dəyib.
Qanlar içərisində yerə yıxılan baba üçün təcili yardım maşını çağırılıb. Hadisə yerinə səhiyyə işçiləri gəlsə də onun həyatını xilas etmək mümkün olmayıb.