Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq.

Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, yığma komanda oyunlara hazırlıq məqsədilə mayın 19-dan iyunun 11-dək təlim-məşq toplanışı keçirəcək.

Mayın 21-də, saat 18:15-də 8-ci km stadionunda baş məşqçi Nikola Yurçeviçin mətbuat konfransı təşkil olunacaq.

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç toplanışa 27 futbolçu dəvət edib:

Səlahət Ağayev – Neftçi
Emil Balayev – Tobol (Qazaxıstan)
Şahruddin Məhəmmədəliyev – Qarabağ
Maksim Medvedev – Qarabağ
Ömər Buludov – Neftçi
Bədavi Hüseynov – Qarabağ
Rahil Məmmədov – Qarabağ
Anton Krivotsyuk – Neftçi
Pavel Paşayev – Oleksandriya (Ukrayna)
Şəhriyar Rəhimov – Səbail
Bəhlul Mustafazadə – Qəbələ
Qara Qarayev – Qarabağ
Riçard Almeyda – Qarabağ
Eddi İsrafilov – Alkorcon (İspaniya)
Emin Mahmudov – Neftçi
Əli Babayev – Sumqayıt
Aleksey İsayev – Sumqayıt
Dmitri Nazarov – Aue (Almaniya)
Mahir Emreli – Qarabağ
Rəşad Eyyubov – Sabah
Namiq Ələskərov – Neftçi
Araz Abdullayev – Qarabağ
Ramil Şeydayev – Krılya Sovetov (Rusiya)
Rüfət Dadaşov – Proysen Münster (Almaniya)
Mirabdulla Abbasov – Neftçi
Renat Dadaşov – Eştoril (Portuqaliya)
Ağabala Ramazanov – Səbail

Qeyd: Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar.