Hollandiya Erediviziyasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Unikal.org turnirin rəsmi saytına istinadən xəbər verir ki, “Ayaks”ın futbolçusu Frenki de Yonq, cari mövsümün ən yaxşısı seçilib.
De Yonq Erediviziyada 31 qarşılaşmada iştirak edərək, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
22 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “Barselona”ya keçəcək. Kataloniya təmsilçisi de Yonq üçün “Ayaks”a 75 milyon avro ödəyəcək.