Topazın dəstəyi ilə mini futbol üzrə “Topaz Futbol Festivalı 2019” turniri keçiriləcək.

Unikal.org-un məlumatına görə, bu gün festival ilə bağlı təqdimat mərasimi təşkil olunub. Tədbirdə "Caspiantech" QSC-nin nümayəndələri Esin Umut, Aynurə Bayramova, Dünya Mini Futbol Federasiyanın Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev, futbol veteranı Gülağa Cabbarov və digər futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, ölkədə futbolun inkişafına dəstək olaraq keçiriləcək bu yarış 7 bölgəni əhatə edəcək. Bütün bölgələr üzrə ümumi olaraq 56 komanda, 672 iştirakçı, onlarla könüllü iştirak edəcək. Turnir Gəncə, Qax, Xocavənd, Qusar, Lənkəran, Sumqayıt və Bakıda təşkil olunacaq.

Bölgələrin qalibi sonda Bakı finalında qarşılaşacaq. Festivalın qalibi məhz Bakıda müəyyənləşəcək.

Hər bölgədə keçiriləcək turniri açılış və bağlanış mərasimləri, xüsusi viktorinalar daha da maraqlı edəcək. Festivalda hər bir iştirakçını Topaz öz hədiyyələri ilə sevindirəcək.

“Topaz Futbol Festivalı”nın keçirilməsində əsas məqsəd Azərbaycanda futbolun inkişafına dəstək olmaq, futbol həvəskarlarının boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, eyni zamanda, paytaxtla yanaşı bölgələrimizdə də mini futbolun təbliğatını daha da artırmaqdır.

Turnirlərin keçirilmə cədvəli aşağıdakı kimidir:

• Qusar Turniri, Qusar Olimpiya İdman Kompleksi, 28 May
• Xocavənd Turniri, Xocavənd İdman Kompleksi, 2 İyun
• Lənkəran Turniri, Lənkəran Olimpiya İdman Kompleksi, 16 İyun
• Gəncə Turniri, Gəncə Olimpiya İdman Kompleksi, 23 İyun
• Qax Turniri, Qax Olimpiya İdman Kompleksi, 30 İyun
• Sumqayıt Turniri, "Spartak" Bədən Tərbiyəsi İdman Cəmiyyəti, 7 İyul
• Final, Bakı Su idman Sarayı, 14 İyul