Boliviya çempionatının 25-ci turunda keçirilən “Olueys Redi” – “Oriente Petrolero” qarşılaşmasında faciə baş verib. Belə ki, oyunun baş hakimi Viktor Hurtado həyatını itirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmanın 47-ci dəqiqəsində 32 yaşlı referinin ürəyi dayanıb. Həkimlərin ilk müdaxiləsindən sonra ayılan Hurtado, dərhal xəstəxanaya çatdırılıb.
Lakin tərslikdən hakim orda da ikinci dəfə infarkt keçirib. Bundan sonra müdaxilələrə baxmayaraq referinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, “Olueys Redi” klubunun ev oyunlarını keçirdiyi “El-Alto” stadionu dəniz səviyyəsindən 4150 metr yüksəklikdədir.