Gürcüstanda 11 futbolçu danışılmış oyunlarda iştirak etdiyi üçün həbs olunub.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəsmi məlumat yayıb.
Həbs olunanlardan üçü keçmiş (C.Vaxtanq, Ç.Laşa və D.Nika ), səkkizi isə hazırda da oynayan futbolçulardı (“Çiatura”dan X.İrakli, “Yançxuti Quriya”dan İ.Rober ilə B.İrakli, “Vit Corciya”dan isə Ş.Coni, G.Georgi, M.Nikoloz, Q.Pata və K.Nodar).
Bildirilir ki, istintaq mütəşəkkil cinayətkar qrup üzvlərinin futbol klubları və oyunçularla əlaqə qurduğunu, müəyyən miqdar qarşılığında matçların nəticələrinin əvvəlcədən razılaşdırdıqlarını təsbit edib.
Nazirliyin məlumatına görə, “satılan oyunlar” üçün qrup üzvləri 93.5 min lari (təxminən 34 min dollar) alıb. Tutulan şəxslərə 4 ildən 7 ilə qədər həbs cəzası verilə bilər.