UEFA İngiltərənin "Arsenal" klubuna xəbərdarlıq edib.
Unikal.org "The Mirror"a istinadən xəbər verir ki, qurum "Arsenal"ı Bakıda "Çelsi" ilə keçirəcəyi Avroliqanın final matçında azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırıb. UEFA-nın belə addım atmasına səbəb fanatların istənilən protestlərinin qarşısını almaqdır.
Xatırladaq ki,UEFA bundan pncə də Polşanın "Legiya" (Varşava) klubunu azarkeşlərin açdığı plakata görə cərimələmişdi. Belə ki, azarkeşlər "Futbol yox, pul daha vacibdir" plakatı açaraq şüarlar səsləndirmişdi.
Qeyd edək ki, oyun isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.