İngiltərənin Premyer Liqa klublarının 2018/19 mövsümündə gəlirləri açıqlanıb.

Unikal.org turnirin rəsmi saytına istinadən xəbər verir ki, yayım və kommersiya gəlirlərinə görə ən çox qazanan “Liverpul” olub. Mersisayd təmsilçisi cari mövsümdə 152,4 milyon funt-sterlinq gəlir əldə edib.

İkinci pillədə isə “Mançester Siti”dir. Mövsümün çempionu olan “şəhərlilər” 150,9 milyon qazanıb. Avropa Liqasının finalçılarından olan “Çelsi” 146 milyonla 3-cü, Çempionlar Liqasının finalında “Liverpul”la qarşılaşacaq “Tottenhem” 145,2 milyonla 4-cü olub. “Mançester Yunayted” 142,5 milyon funt-sterlinqlə 5-ci olub. İlk 6-lığı isə 142,1 milyon gəlirlə “Arsenal” tamamlayır. 

İngiltərə Premyer Liqasında 2018/19 mövsümündə iştirak edən klubların ümumilikdə gəliri isə 2,4 milyard funt-sterlinqdir.