Londonun “Arsenal” klubu yarımmüdafiəçi Henrix Mxitaryanı satmağa hazırdır.

Unikal.org xəbər verir ki, 30 yaşlı futbolçu yayda klubu tərk edə bilər.

Qeyd edək ki, Mxitaryan Azərbaycan tərəfinin təhlükəsizlik təminatına rəğmən Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final matçında iştirakdan imtina edib.

Mxitaryan bu mövsüm “Arsenal”ın Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la səfər oyununu du buraxıb.