“Çelsi” klubu ciddi itkiylə üzləşib.
Unikal.org xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Nqolo Kante zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Komandanın son məşqində zədələnən fransız futbolçu Avropa Liqasının “Arsenal”la final matçını buraxa bilər.
Qeyd edək ki, “Arsenal” – “Çelsi” matçı mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək. “Zadəganlar” isə Azərbaycana iki gün sonra – mayın 27-də gələcək.